SON DƏQİQƏ

Bu yolda dəyişiklik edildi - DİQQƏT

Tarix:

20-12-2018, 16:23

/ 10 316 dəfə oxundu.
Bu yolda dəyişiklik edildi - DİQQƏT

Babək prospektinin bir hissəsində hərəkətdə dəyişiklik edilib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən GunAz.az -a verilən məlumata görə, Babək prospektində aparılan yenidənqurma işləri çərçivəsində Yeni Günəşli-Babək prospekti istiqamətindəki yolda tıxacın qarşısının alınması üçün yol ötürücülərində dəyişiklik edilib.

Belə ki, Yeni Günəşli qəsəbəsi, Telnov küçəsi istiqamətindən gələrək Babək prospekti, yol ötürücünün üstü ilə şəhər istiqamətinə hərəkət edən nəqliyyat vasitələri Babək prospekti kənar yol və ya Bəkir Çobanzadə küçəsi istiqamətinə hərəkət etmək istəyərkən yol ötürücünün sonuna kimi hərəkət edib, Babək prospektindən Mikayıl Əliyev küçəsi istiqamətinə yönəlməli olurdular. Nəticədə Mikayıl Əliyev küçəsi ilə Babək prospektinin kəsişməsində (Maşın bazarının dairəsində) tıxac və sıxlıq halları yaranırdı.

Edilən dəyişiklikdən sonra nəqliyyat vasitələri yol ötürücüsündən sağa yönəlməklə birbaşa Babək prospekti kənar yola və Bəkir Çobanzadə küçəsinə hərəkət edə biləcək ki, bu da Babək prospekti ilə Mikayıl Əliyev küçəsinin kəsişməsində yerləşən dairədə tıxac və sıxlıq hallarının azaldılmasına, həmçinin sürücülərin daha az məsafə qət etmələrinə imkan yaradacaqdır.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ