SON DƏQİQƏ

Babək prospekti nə vaxt açılacaq?

Tarix:

4-10-2018, 16:12

/ 10 373 dəfə oxundu.
Babək prospekti nə vaxt açılacaq?

"Babək prospektinin açılması oktyabrın sonuna planlaşdırılır". 

GunAz.az Qafqazinfo-ya istinadla xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məlumat verib.

O qeyd edib ki, prospektdə kommunikasiya xətləri ilə bağlı işlər tam bitməyənə kimi təmsi etdiyi qurum tərəfindən işlər tam gücü ilə yerinə yetirilə bilməz: “İki həftə bundan əvvəl  prospekt boyu kommunikasiya işləri demək olar ki bitib, bəzi hissələrdə isə  hələ də qalıb. Bundan sonra biz tam güclə işə başlamışıq. Hazırda prospekt boyunca asfalt örtüyünün sonuncu 3-cü qatı döşənir. Bu proses 15-20 gün davam edəcək.Asfaltlanma işləri ərazilər boyu yekunlaşdıqca xətlənmə və yol nişanlarının quraşdırılması işləri aparılır. Tam olaraq da bu iş ayın sonuna kimi bitəcək”.

Qeyd edək ki, A. Nəcəfli bir müddət əvvəl verdiyi açıqlamada sözügedən prospektdə sentyabrın axırı, oktyabrın əvvəlində təmir işlərinin başa çatdırılacağını qeyd etmişdi.

Xatırladaq ki, paytaxtın böyük prospektlərindən olan Babək prospekti fevral ayından bağlıdır. Bu prospektin bağlı olmasına görə əsas yük Nobel prospektinin üzərinə düşür və pik saatlarda orada sıxlıq müşahidə olunur.

скачать dle 12.1

Şərhlər