SON DƏQİQƏ

Sürücülərin nəzərinə: bu yol bağlanır

Tarix:

29-09-2018, 11:25

/ 10 290 dəfə oxundu.
Sürücülərin nəzərinə: bu yol bağlanır

Babək prospektində hərəkət bu gecədən etibarən məhdudlaşdırılacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən GunAz.az-a verilən məlumata görə, aparılan yenidənqurma işləri ilə əlaqədar olaraq şəhər istiqamətindən Babək prospektinə giriş qısa müddətlik məhdudlaşdırılır.

Məhdudlaşma sentyabr ayının 29-dan 30-na keçən gecədən etibarən və prospekt boyunca hissə-hissə tətbiq ediləcək.

Yarana biləcək müvəqqəti narahatlığa görə, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi vətəndaşlardan üzr istəyir və sürücülərə öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələrini tövsiyə edir.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ