SON DƏQİQƏ
» » Babək prospektinin yenidən qurulmasına 20,1 milyon manat ayrıldı

Babək prospektinin yenidən qurulmasına 20,1 milyon manat ayrıldı

Tarix:

15-08-2018, 18:44

/ 10 332 dəfə oxundu.
Babək prospektinin yenidən qurulmasına 20,1 milyon manat ayrıldı

Prezident İlham Əliyev Bakı şəhərinin Babək prospektinin yenidən qurulması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

GunAz.az xəbər verir ki, sərəncamda qeyd edildiyinə görə, Bakı şəhəri ərazisində ümumşəhər əhəmiyyətli Babək prospektinin yenidən qurulması məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 20,1 milyon (iyirmi milyon bir yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılsın.

Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin edəcək.

Nazirlər Kabinetinə tapşırılır ki, bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ