SON DƏQİQƏ

Bakının bir hissəsində su olmayacaq

Tarix:

10-12-2018, 19:08

/ 10 235 dəfə oxundu.
Bakının bir hissəsində su olmayacaq

Paytaxtın Hövsan qəsəbəsində içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Bu barədə GunAz.az-a “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı məlumat verib.

Bildirilib ki, suyun verilməsində yaranacaq məhdudiyyətlər sözügedən ərazidə görüləcək işlərlə bağlıdır:

“Yeni çəkilmiş magistral su kəmərinin şəbəkəyə qoşulması və köhnə xəttin ləğvi ilə əlaqədar bu gün Hövsan qəsəbəsinə, Qaraçuxur və Əmircan qəsəbələrinin isə bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq”.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ