SON DƏQİQƏ

Özbəkistanın mədəniyyət naziri Qobustanda

Tarix:

24-10-2018, 22:30

/ 10 354 dəfə oxundu.
Özbəkistanın mədəniyyət naziri Qobustanda

Oktyabrın 24-də Özbəkistanın mədəniyyət naziri Baxtiyar Sayfullayev Qobustan Milli Tarixi-Bədii Qoruğunda olub.

GunAz.az xəbər verir ki, əvvəlcə qonaq qoruğun ərazisində yaradılmış muzeydə nümayiş etdirilən eksponatlara baxıb.

Qobustan Milli Tarixi-Bədii Qoruğunun direktoru Vüqar İsayev məlumat verib ki, qoruq açıq səma altında qoruq-muzey kimi böyük şöhrət qazanıb. Ərazidə daş dövründən son orta əsrlərə qədərki həyat və məişəti əks etdirən çoxsaylı maddi-mədəniyyət nümunələri var. Qobustan qaya rəsmləri dünyada bu tipli abidələrdən ən zənginidir. Qoruq ərazisində alimlər tərəfindən 6 mindən çox qayaüstü təsvir, 20 mağara və yaşayış yeri, 40 kurqan aşkar edilib və öyrənilib.

Qeyd olunub ki, Qobustan Milli Tarixi-Bədii Qoruğundakı nadir qayaüstü rəsmlərin geniş təbliğinin xüsusi əhəmiyyətini nəzərə alan Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə qoruq-muzeyi üçün yeni bina tikilib.

Diqqətə çatdırılıb ki, dünya əhəmiyyətli tarixi abidə olan Qobustan qoruğu 2007-ci ildə UNESCO-nun Dünya Mədəni İrs Siyahısına daxil edilib.

Qonaq Qobustan Milli Tarixi-Bədii Qoruğu ilə tanışlıqdan zəngin təəssüratla ayrılıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ