SON DƏQİQƏ

Bakının bəzi hissələri qazsız qaldı

Tarix:

19-10-2018, 18:44

/ 10 252 dəfə oxundu.
Bakının bəzi hissələri qazsız qaldı

Bakıda qaz xəttində qəza hadisəsi baş verib.

“Azəriqaz” İstehsalat Birliyindən GunAz.az-a verilən məlumata görə, Xətai rayonu ərazisində 160 mm-lik yeraltı polietilin qaz xəttində bir-neçə yerdə qaz sızması aşkarlanıb.

Hadisə nəticəsində Xətai rayonunun Əliağa Şıxlinski, Səməd bəy Mehmandarov, İnqilab İsmayılov küçələri və “Neapol” dairəsinə qaz verilişi dayandırılıb.
Hazırda sızmanın qarşısının alınması ilə bağlı tədbirlər görülür.

Bildirilib ki, təmir işləri başa çatandan sonra gün ərzində həmin ərazilərə təbii qazın verilişi bərpa ediləcək.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ