SON DƏQİQƏ

Bakının bəzi əraziləri qazsız qaldı-SƏBƏB

Tarix:

13-04-2018, 13:16

/ 10 238 dəfə oxundu.
Bakının bəzi əraziləri qazsız qaldı-SƏBƏB

Bakıda qaz kəmərində qaz sızması yaranıb.

Gunaz.az xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, qaz sızması Xətai rayon ərazisindəki orta təzyiqli qaz kəmərində baş verib: “Aşkar olunan qaz sızması nəticəsində bu gün səhər saat 10:00 radələrindən etibarən rayonun Mehmandarov küçəsi və Babək prospektinə qazın verilişi müvəqqəti dayandırılıb. Hazırda kəmərdə sızmanın qarşısının alınması üçün təmir-bərpa işləri görülür. Təmir işləri başa çatandan sonra gün ərzində həmin ərazilərə qazın verilişi bərpa ediləcək”.

скачать dle 12.1

Şərhlər