SON DƏQİQƏ

Sürücülər bu yolda DİQQƏTLİ OLSUNLAR

Tarix:

11-10-2018, 15:25

/ 10 431 dəfə oxundu.
Sürücülər bu yolda DİQQƏTLİ OLSUNLAR

Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə bu gün axşam saat 22:00-dan etibarən Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon dairəsində üfüqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılacaq.

“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən GunAz.az -a verilən məlumata görə, işlər səhər saatlarına qədər yekunlaşdırılacaq.

Sürücülərdən sözügedən yolda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

скачать dle 12.1

Şərhlər