SON DƏQİQƏ
» » Bu maşınlar əsl qiymətindən 4 dəfə baha satıldı

Bu maşınlar əsl qiymətindən 4 dəfə baha satıldı

Tarix:

26-09-2018, 12:32

/ 10 379 dəfə oxundu.
Bu maşınlar əsl qiymətindən 4 dəfə baha satıldı

Rəqabətli keçən növbəti hərracda işlənmiş avtomobillər dəyərindən 4 dəfə baha qiymətə satılıb.

GunAz.az xəbər verir ki, Əmlak Məsələləri Dövlət Komitəsinin təşkil etdiyi ayın son hərracında nəqliyyat vasitələri üzrə iştirakçıların aktivliyi müşahidə olunub. Buraxılış ili 2008-ci il olan “QAZ-31105-100” markalı avtomobilin ilkin hərrac qiyməti 2 min manat olsa da, avtomobil 4 min 350 manata satılıb.

Analoji hal VAZ-21213 markalı nəqliyyat vasitəsi üçün də xarakterik olub. Buraxılış ili 2003 olan bu avtomobilin hərracında 4 sifarişçi iştirak edib. Hərrac prosesində bu dövlət əmlakının start qiyməti 3 dəfədən çox artıb. 1300 manat ilkin qiymət təyin olunan avtomobilə 4 min 50 manat təklif edən iştirakçı hərracın qalibi olub.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ