SON DƏQİQƏ
» » Metronun “Xətai” stansiyası 1 illiyə bağlanır

Metronun “Xətai” stansiyası 1 illiyə bağlanır

Tarix:

19-09-2018, 11:38

/ 10 657 dəfə oxundu.
Metronun “Xətai” stansiyası 1 illiyə bağlanır

“Xətai” stansiyası əsaslı təmir işləri ilə əlaqədar sentyabrın 27-də bağlanacaq.

GunAz.az xəbər verir ki, Bu sözləri "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib. O bildirib ki, Bakı metropoliteninin 1968-ci ildə istismara verilmiş "Xətai" stansiyasında 2019-cu il avqust ayının 10-a qədər təmir-bərpa işləri aparılacaq:

"Eskalatorların dəyişdirilməsinə və yenidənqurulmasına ehtiyac var. Həmçinin 50 illik istismar dövründə stansiyanın köhnəlmiş qurğu və avadanlıqları ən son müasir tələblər səviyyəsinə çatdırılacaq. Stansiyanın yerüstü vestibülünün döşəmə və divar üzlükləri yenilənib, ümumilikdə, stansiya kompleksi əsaslı şəkildə yenidən qurulacaq. Qarşıdakı müddət ərzində həmçinin "Xətai" stansiyasının 2-ci baş yolunun və “Xətai-Cəfər Cabbarlı” mənzilinin 2-ci yolunun sağlamlaşdırılması, əsaslı təmiri və yenidən qurulması da başa çatdırılacaq. Bunu nəzərə alaraq, “Bakı Metropoliteni” QSC sərnişinlərə xəbərdarlıq edir ki, “Xətai” stansiyası 2018-ci il sentyabr ayının 27-dən sərnişinlərin giriş-çıxışı üçün bağlanacaq. Həmçinin "Cəfər Cabbarlı-Xətai" istiqamətində və əksinə olmaqla, sərnişin qatarlarının hərəkəti dayandırılacaq. Bütün təmir-bərpa və quraşdırma işlərinin 2019-cu il avqust ayının 10-da başa çatdırılması nəzərdə tutulub".

B.Məmmədov onu da əlavə edib ki, Bakı Nəqliyyat Agentliyi ilə əldə olunmuş razılığa əsasən, qeyd edilən müddətdə sonuncu dayanacağı "Xətai" stansiyası və ona yaxın ərazilərdə olan şəhər sərnişindaşıma avtobus marşrutlarının hərəkəti "28 May" stansiyası və digər müvafiq istiqamətlərdə tənzimlənəcək. Bununla əlaqədar Bakı Nəqliyyat Agentliyi ictimaiyyətə əlavə məlumat verəcək.

Qeyd edək ki, "Xətai" stansiyasında və "Xətai-Cəfər Cabbarlı" mənzilində infrastrukturun sağlamlaşdırılması, əsaslı təmiri 2016-cı ilin dekabr ayında yekunlaşdırılmış, birinci mərhələsində stansiyanın 1-ci baş yolu və orta zalı, eləcə də “Xətai-Cəfər Cabbarlı” mənzilinin 1-ci yolu müasir tələblər səviyyəsinə çatdırılmışdır. Bundan başqa "28 May" və "Sahil" stansiyalarında aparılmış yenidənqurma tədbirləri çərçivəsində sökülmüş 3 eskalatorun yerinə onların 4 ədəd yeni nəsil analoqlar da quraşdırılıb.

“Bakı Metropoliteni” QSC yaranmış narahatlığa görə sərnişinlərindən üzr istəyir.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ