SON DƏQİQƏ
» » Cəbhəyanı kənddə enerji sistemi yenidən qurulur

Cəbhəyanı kənddə enerji sistemi yenidən qurulur

Tarix:

7-09-2018, 14:31

/ 10 232 dəfə oxundu.
Cəbhəyanı kənddə enerji sistemi yenidən qurulur

“Azərişıq” tərəfindən Qərb regionunda aparılan yenidənqurma işləri davam etdirirlir. İstismar müddətini başa vurmuş elektrik şəbəkələri yenidən qurulur, texniki itkilərin səviyyəsinin minimuma endirilməsi, kənd təsərrüfatı, sənaye, turizm və digər iaşə obyektlərinin, o cümlədən əhalinin keyfiyyətli və fasiləsiz elektrik enerjisi ilə təmin edilməsi üçün əsaslı təmir-tikinti  işlər həyata keçirilir. 

Qurumdan GunAz.az-a daxil olan xəbərə görə, “Qərb” RETSİ-nə daxil olan Ağstafa EŞ-də cari ildə elektrik enerjisinin ötürülməsində keyfiyyət dəyişkliyinə nail olunub. İstehlakçıların  dayanıqlı elektrik enerjisi ilə təminatı üçün 35/6 kV-luq  Poylu kəndində “Nasos yarımstansiyası”  tamamilə yenidən qurularaq son texnologiyalı avadanlıqlarla təchiz edilib. 

Hal-hazırda kənddə tamamlama işləri aparılır. Bu ilin 8 ayı ərzində Ağstafa rayonunda 863 abonentə sayğac quraşdırılıb. Onlardan 629 ədədi əhali, 234 ədədi isə  qeyri-əhali abonentidir. 
Hazırda Ağstafa rayonunda 0,4 kV-luq elektrik şəbəkələrinin ÖİN kabellərlə əvəzlənməsi işləri davam etdirilir, yeni avadanlıqlar (dayaqlar,SİP kabellər,KTM-lər və s.) qurlaşdırılır, sayğaclar dəyişdirilir.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ