SON DƏQİQƏ

Bakı əhalisinin sayı açıqlandı

Tarix:

30-08-2018, 16:15

/ 10 289 dəfə oxundu.
Bakı əhalisinin sayı açıqlandı

İlin əvvəlindən Bakı şəhərinin əhalisinin sayı 7,1 min nəfər artaraq 2018-ci il iyul ayının 1-i vəziyyətinə 2269,7 min nəfərə çatıb.

Bakı Şəhər Statistika İdarəsindən GunAz.az -a verilən məlumata görə, əhalinin 49,8 faizini kişilər, 50,2 faizini qadınlar təşkil edib. 

Əhalinin bir kvadrat kilometrə düşən sayı 1060 nəfər olub. 

Hesabat dövründə Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən Bakı şəhərində 14570  doğulan körpə qeydə alınıb. Bu göstərici əhalinin  hər 1000 nəfərinə 13,0 təşkil edir.

Doğulan körpələrin 156 nəfəri əkiz,2 -si üçəmdir. Yeni doğulan körpələr arasında qızların xüsusi çəkisi 47,5 faiz təşkil edərək hazırda hər 100 doğulan  qıza 110 oğlan  düşür.            

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ