SON DƏQİQƏ

Bakının əhalisi artdı

Tarix:

2-06-2018, 20:19

/ 10 471 dəfə oxundu.
Bakının əhalisi artdı

İlin əvvəlindən Bakı şəhərinin əhalisinin sayı 16,5 min nəfər artaraq 2018-ci il aprel ayının 1-i vəziyyətinə 2 milyon 266 min nəfərə çatıb.

Bakı Şəhər Statistika İdarəsindən Gunaz.az-a bildiriblər ki, əhalinin 49,7 faizini kişilər, 50,3 faizini qadınlar təşkil edir. Əhalinin bir kvadratkilometrə düşən sayı 1058 nəfər olub.

Cari ilin yanvar-mart ayları ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən Bakı şəhərində 7 min 268 doğulan körpə qeydə alınıb və bu göstərici əhalinin hər 1000 nəfərinə 13,0 təşkil edir. Doğulan körpələrin 78-i əkiz, 2-si üçəmdir. Yeni doğulan körpələr arasında qızların xüsusi çəkisi 47,1 faiz təşkil edərək hazırda hər 100 doğulan qıza 113 oğlan düşür (bioloji norma 105-107 təşkil edir).

Birinci rübündə Bakı şəhərində 3 min 576 ölüm halı qeydə alınıb və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi eyni qalıb (6,4).

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ