SON DƏQİQƏ
» » Avqust da gəldi, amma yaxşı qarpız hələ də tapılmır – səbəb

Avqust da gəldi, amma yaxşı qarpız hələ də tapılmır – səbəb

Tarix:

3-08-2018, 09:31

/ 10 296 dəfə oxundu.
Avqust da gəldi, amma yaxşı qarpız hələ də tapılmır – səbəb

Bu il zəhərlənmə faktı olmayıb, ancaq...; Eyyub Hüseynov: “Azərbaycan bazarında satılan qarpızlar qədim qarpız növü deyil...”

Mövsümü yetişmədən artıq bazarlarda, yol kənarlarında qarpız və yemiş satılması faktdır. Ancaq alıcısı kifayət qədərdir. Edilən rəsmi xəbərdarlığa görə, tərkibində gübrənin çox olduğuna görə orqanizmə verə biləcəyi zərər nəzərə alınaraq, əhaliyə hələ ki bu məhsullardan uzaq durmaq məsləhət görülüb. 

Qida Təhlükəsizliyi Agentliyi də tövsiyə edib ki, təbii yetişmiş məhsul əldə etmək istəyiriksə, qarpız öz mövsümündə  - yəni iyul ayının sonundan sentyabrın əvvəlinə kimi ələlxüsus avqust ayında istehlak edilməlidir.

Budur, avqust ayı da özünü yetirdi. Amma hələ də bazarlarda satılan qarpızın bir kiloqramının tərkibində nitratın miqdarı 60 milliqramdan çoxdur.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov “Yeni Müsavat”a bildirdi ki, hazırda qarpızların və yemişlərin yetişdirilməsində külli miqdarda nitratlardan istifadə olunur: “Nitratlar insanı tədricən zəhərləyən kimyəvi maddələrdir. Normalara görə, bir kiloqram qarpızın tərkibində 60 milli qramdan çox nitrat olmamalıdır. İnsan gün ərzində 200-300 milli qramdan artıq nitrat qəbul etsə, zəhərlənər. Monitorinq zamanı qarpızların tərkibində nitratların miqdarı nəinki 60, 200-250 milli qram çıxır. Həmin qarpızlardan bir adam bir kilo yesə, zəhərlənər”.

Maraqlıdır, qarpız mövsümü başlayandan bəri ölkə ərazisində neçə nəfər zəhərlənib?

Səhiyyə Nazirliyinin 1 saylı Şəhər Xəstəxanasının Toksikologiya şöbəsinin rəhbəri Azər Maksudov bildirir ki, bu günə qədər qarpızdan zəhərlənmə diaqnozu ilə kimsə müraciət etməyib. Baş toksikoloqun sözlərinə görə, müraciət edənlər, sadəcə, məsləhət alıblar: “Zəhərlənmə faktı aşkarlanmayıb”.

 

Eyyub Hüseynov isə bildirir ki, bu aylarda zəhərlənmələrin əksər hissəsi  qarpız-yemişlərdən olur: “20 ildir istehlakçıların hüquqlarının qorunması ilə məşğulam. Bir dəfə də görməmişəm ki, Azərbaycan həkimi, o cümlədən Azər Maksudov xəstəyə sənəd versin ki, bu nədən zəhərlənib. Malın adı yazılmır. Azərbaycan həkimləri malın adını ortalığa çıxartmağa ya qadir deyil, ya da cəsarətləri çatmır. Zəhərlənmə özünü 10 saat sonra büruzə verə bilər. Bizdəki aparat göstərir ki, qarpızların tərkibində nitratların miqdarı dəfələrlə çoxdur. Bunun da nəticəsi olaraq, insanların apteklərdə, klinikalarda növbəyə durmasını göstərə bilərik. Ta sovet vaxtından Azərbaycan torpaqları çirklənib. Ona görə də malların tərkibində nitratlar həddindən artıq çoxdur. Hələ mən pestisidləri, ziyanvericilərə qarşı mübarizə aparan dərmanların miqdarını yoxlaya bilmirəm. Çox təəssüf ki, bu bizdə tədqiq olunmur. Qarpızın tərkibində 1 kiloqramda 60 milliqramdan yuxarı olmalı deyil. Həddi bu qədərdir. Az olsa, daha yaxşı olar. Ən sağlam insanın zəhərlənmə həddi 1 kiloqramda 500 milliqram nitrat olarsa, insan zəhərlənə bilər. Lakin zəif insanların zəhərlənməsi üçün olan 1 kiloqramda 100 milliqram nitrat olması kifayətdir. Son 4 ildir apardığımız təcrübələr göstərir ki, Azərbaycan bazarında olan qarpız və yemişlərin təxminən 98 faizində nitratların miqdarı normadan qat-qat artıqdır. Qida Təhlükəsizlik Agentliyini bu məsələyə heç bir reaksiya vermir. Onlar kəndlinin yanında olmalıdır ki, gübrəni verilməsini minimuma endirməlidir ki, təhlükəsiz qida meydana çıxsın. Təəssüf ki, bu kimi məsələlər həll olunmamış qalır”.

E.Hüseynov ehtimal edir ki, bunlar Genetik Modifikasiya Olmuş qarpızlardır: “Çox qarpız yeyən və sevən insan kimi mən 4 ildir ki, mövsümdə cəmi 1-2 qarpız yeyirəm. Onu da yoxlayıb-yoxlayıb tərkibində nitratın miqdarı minimum olanı tapıram. İnsanları da maarifləndirirəm ki, ay camaat, ehtiyatlı olun. İstehlakçılar bilsin ki, Azərbaycan bazarında satılan qarpızlar qədim qarpız növü deyil. Tumu kiçik, çəhrayı rəngdə, çox şirin qarpızlardır. Ehtimal edirəm ki, bunlar Genetik Modifikasiya Olmuş qarpızlardır. Bunların yetişdirilməsində çoxlu gübrədən istifadə olunur. Əsl aborigen qarpız növünün böyük və çoxlu tumları olur. Dadı az şirin, qabığının qalınlığı yarım santimetrdən çox olmayan, bıçaq vuranda partlayan qarpızlardır. Belə qarpızlar al qırmızı olur, daha çəhrayı yox. Azərbaycan şəraitində gübrəsiz qarpız 4-5 kiloqramdan artıq olmur. Qarpız alanda bunları nəzərə almaq lazımdır”.

Ləman MUSTAFAQIZI

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ