SON DƏQİQƏ

Azərbaycanda qarpız niyə bahalaşıb?

Tarix:

15-07-2018, 18:09

/ 10 651 dəfə oxundu.
Azərbaycanda qarpız niyə bahalaşıb?

Havaların kəskin isti keçməsi qarpızın qiymətinin bahalaşmasına səbəb olub Belə ki, son 2 gündə qarpızın 1 kiloqramında 30-40 qəpik bahalaşma qeydə alınıb.

GunAz.az xəbər verir ki, fermerlər qarpızın bahalaşmasının səbəbini açıqlayıblar. Onlar bunu iki amillə əlaqələndirirlər. Birincisi, ötən ilə nisbətən bu il qarpız tarlalarının az olması və sözügedən ərazilərin pambıq sahələri ilə əvəz edilməsidir. İkincisi isə son günlər havaların kəskin isti keçməsidir. Belə ki, azot gübrəsinin qarpız tarlalarına həddindən artıq vurulması və havanın temperaturunun 40 dərəcədən çox olması, qarpız tarlalarının məhv olmasına səbəb olub. Artq Bakı və rayonlarda qarpızın bir kilosu 50-60 qəpik arasında dəyişir.Qeyd edək ki, bir neçə gün bundan öncə qarpızın bir kiloqramı 20-30 qəpiyə satılırdı.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ