SON DƏQİQƏ
» » DİQQƏT! Bu marşrut xətlərinə dəyişiklik edildi

DİQQƏT! Bu marşrut xətlərinə dəyişiklik edildi

Tarix:

27-07-2018, 17:36

/ 10 377 dəfə oxundu.
DİQQƏT! Bu marşrut xətlərinə dəyişiklik edildi

Bakı-Sumqayıt yolunun şəhər istiqamətində Bakı Beynəlxalq Avtovağzal kompleksi qarşısından keçən hissəsində aparılan təmir işləri müddətində müntəzəm marşrut xətt avtobuslarının fasiləsiz fəaliyyətini təmin etmək məqsədi ilə bəzi marşrut xətlərinin son dayanacaq məntəqələri müvəqqəti olaraq dəyişdirilib.

GunAz.az bildirir ki, bu barədə Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.

Dəyişikliyə əsasən şəhər mərkəzindən Bakı Beynəlxalq Avtovağzalı kompleksinə gedən 2, 7A, 13, 14, 29, 37 və 96 nömrəli müntəzəm marşrut xətləri üzrə avtobuslar Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının inzibati binasının qarşısındakı dayanacağadək hərəkət edəcəklər.

Ətraf yaşayış məntəqələrindən şəhər istiqamətində hərəkət edən 92, 102, 114A, 114B, 119, 135, 159, 170 və 199 nömrəli müntəzəm marşrut xətti üzrə isə avtobuslar Bakı Beynəlxalq Avtovağzalı kompleksinədək hərəkət edəcək.

67 və 83 nömrəli müntəzəm marşrut xətti üzrə avtobuslar şəhər istiqamətinə gedərkən müvəqqəti olaraq Binəqədi şosesindən keçməklə hərəkət edəcəklər.

BNA sərnişinlərdən müvəqqəti dəyişikliyi anlayışla qəbul etmələrini xahiş edir.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ