SON DƏQİQƏ

Leyla Əliyeva Emin Ağalarovu təbrik etdi

Tarix:

21-07-2018, 13:24

/ 10 614 dəfə oxundu.
Leyla Əliyeva Emin Ağalarovu təbrik etdi

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva eks həyat yoldaşı Emin Ağalarovu evliliyi münasibətilə təbrik edib.
GunAz.az baku.ws-ə istinadən xəbər verir ki, Leyla xanım bu barədə rəsmi “İnstagram” səhifəsində yazıb:
“Əziz dostlar! Çoxu mənim şeirlərimi anlamır! Onlar mənim qəlbimdən gəlir və konkret olaraq bir insana həsr edilməyib.
Mən Eminə və Alyonaya xoşbəxtlik arzulayıram. Onlar çox ləyaqətli və gözəl insanlardır. Allah onların sevgisini həyatlarında hər şeydən üstün etsin! Hər kəsə həyatdan zövq almaq və sevmək arzulayıram! Hər şeyə görə çox sağ olun!”
Xatırladaq ki, Azərbaycanın xalq artisti Emin Ağalarov iyulun 14-də sevgilisi Alyona Qavrilova ilə evlənib.

 

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ