SON DƏQİQƏ
» » Bakı Metropoliteni elektrik enerjisi ilə təchiz edilib

Bakı Metropoliteni elektrik enerjisi ilə təchiz edilib

Tarix:

3-05-2018, 20:59

/ 254 dəfə oxundu.
Bakı Metropoliteni elektrik enerjisi ilə təchiz edilib

Bakı Metropolitenində enerji təchizatında yaranmış problem nəticəsində stansiyalarda və tuneldə qalanların evakuasiya prosesi başa çatdırılıb.
 
GunAz.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyindən (FHN) APA-ya verilən məlumata görə, evakuasiya prosesini Bakı Metropolitenin, Daxili İşlər Nazirliyinin, həmçinin FHN-nin Xüsusi Riskli Xilasetmə Xidməti, Mülki Müdafiə Qoşunları və Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları həyata keçiblər.
 
Məlumatda o da qeyd olunub ki, artıq Bakı Metropoliteninin əksər stansiyaları elektrik enerjisi ilə təchiz olunub. Hazırda ərazidə qatarlara və xətlərə yenidən baxış keçirilir.
 
Qeyd edək ki, hazırda fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Mingəçevir İES-dədir.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ