SON DƏQİQƏ

Bakı-Batumi reysi fəaliyyətə başlayır

Tarix:

25-06-2018, 16:49

/ 10 369 dəfə oxundu.
Bakı-Batumi reysi fəaliyyətə başlayır

İyulun 2-dən etibarən Bakı Beynəlxalq Avtovağzal Kompleksindən həftənin 1, 3, 5-ci günləri olmaqla Bakı-Batumi reysi fəaliyyətə başlayacaq.

Bakı Beynəlxalq Avtovağzal Kompleksindən Gunaz.Az-a verilən məlumata görə, avtobusların yola düşmə vaxtı Bakı vaxtı ilə saat 18:00, təyinat məntəqəsinə - Batumi şəhərinə çatma vaxtı isə növbəti gün saat 9.00-dur. Avtobusların Batumidən yola düşmə vaxtı isə həftənin 3,5,7-ci günlər saat 10:00-da olacaq.
Gediş qiyməti 40 manat təşkil edir. 5 yaşına qədər uşaqlara bilet pulsuzdur. 10 yaşına qədər uşaqlar üçün qiymət biletin 50 faizidir.
Sərnişin sıxlığı çox olarsa, avtobuslar hər gün reysə çıxa bilər.Avtobuslar kondisioner və wi-fi sistemi ilə təchiz olunub. Sərnişinlərə tövsiyyə edirik ki, biletləri əvvəlcədən alsınlar. Biletləri 10 gün öncədən Avtovağzalın qabaqcadan satış kassalarından və ya online qaydada əldə etmək olar.

скачать dle 12.1

Şərhlər