SON DƏQİQƏ
» » Naxçıvan-Məşhəd qatarının hərəkətinin bərpa olunancağı vaxt AÇIQLANDI

Naxçıvan-Məşhəd qatarının hərəkətinin bərpa olunancağı vaxt AÇIQLANDI

Tarix:

9-01-2018, 10:28

/ 1 067 dəfə oxundu.
Naxçıvan-Məşhəd qatarının hərəkətinin bərpa olunancağı vaxt AÇIQLANDI

Yanvarın 11-dən etibarən 16/15 №-li Naxçıvan - Məşhəd-Naxçıvan beynəlxalq sürət qatarının hərəkəti yenidən bərpa ediləcək.
Bu barədə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova bildirib.
S.Qədirova qeyd edib ki, qatar Naxçıvandan həftənin IV günləri, Bakı vaxtı ilə saat 7:00-da yola düşəcək:
“Məşhəd stansiyasına yanvarın 12-dən etibarən həftənin V günləri, İran vaxtı ilə saat 14:25-də çatıb və həmin gün saat 22-00-da geriyə yola düşəcək. Naxçıvana yola düşən qatar  yanvarın 14-dən etibarən həftənin bazar günləri saat 6:00-da çatacaq”.
Qeyd edək ki, Naxçıvan - Məşhəd - Naxçıvan beynəlxalq sürət qatarı 29 dekabr 2016-cı il tarixdən hərəkətə başlayıb. Müəyyən texniki səbəblərdən qatarın fəaliyyəti müvəqqəti dayandırılıb.
Gunaz.az
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ