SON DƏQİQƏ
» » Bakı-Sumqayıt qatarının yeni hərəkət CƏDVƏLİ

Bakı-Sumqayıt qatarının yeni hərəkət CƏDVƏLİ

Tarix:

8-12-2017, 15:46

/ 5 406 dəfə oxundu.
Bakı-Sumqayıt qatarının yeni hərəkət CƏDVƏLİ

Dekabrın 10-dan Bakı-Sumqayıt-Bakı marşrutu ilə hərəkət edən elektrik qatarlarının yeni hərəkət cədvəli tətbiq olunacaq.

Bu barədə Gunaz.az-a  “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova məlumat verib.

Onun sözlərinə görə, yeni hərəkət cədvəlinə əsasən, hər şənbə, bazar və bayram günləri 6002/6001, 6004/6003, 6006/6005, 6011, 6015, 6018, 6020 nömrəli elektrik qatarları hərəkətdə olmayacaq:

“Hər şənbə, bazar və bayram günləri: Sumqayıt stansiyasından saat 0917 –də yola düşən 6012 elektrik qataraı saat 0950 –də yola düşəcək və saat 1032-də Bakıya çatacaq. Sumqayıt stansiyasından isə saat 0950 –də yola düşən 6014 elektrik qatarı saat 1100-da yola düşəcək və saat 1142-da Bakıya çatacaq”.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ