SON DƏQİQƏ
» » “İbrahimbəyov daha təhlükəlidir” - Adil Əliyevdən sərt tənqid

“İbrahimbəyov daha təhlükəlidir” - Adil Əliyevdən sərt tənqid

Tarix:

26-05-2018, 10:05

/ 10 332 dəfə oxundu.
“İbrahimbəyov daha təhlükəlidir” - Adil Əliyevdən sərt tənqid

"Rüstəm İbrahimbəyovun ssenari müəllifi olduğu “Qafqaz üçlüyü” filmini izləmək məcburiyyətində qaldım. Və belə qərara gəldim ki, hələ Rüstəm İbrahimbəyov haqqında az danışılıb, az yazılıb. Filmin bir neçə yerində millətimiz rəsmən aşağılanıb, qəddar göstərilib, bunun əvəzinə ermənilər müsbət obrazda verilib. Bunu başqa millətin ssenaristi qələmə alsaydı, deyərdik ki, bizdən birisi deyil, ermənilərə rəğbəti var və ya erməni lobbisinin pulu ilə filmi çəkib. Bu işin başında özünü azərbaycanlı adlandıran birisinin dayanmasınin isə bir adı var: Satqınlıq və xəyanət!".

Bu barədə millət vəkili Adil Əliyev Rüstəm İbrahimbəyovun ssenari müəllifi olduğu “Qafqaz üçlüyü” filmi haqda yazdığı məqaləsində bildirib.

A.Əliyev bir çoxları kimi Rüstəm İbrahimbəyovun keçmişdə aldığı bütün titullardan məhrum edilməsinin tərəfdarı olduğunu qeyd edib: "Öz millətini aşağılayan Azərbaycanın xalq yazıçısı ola bilməz! O, illərlə bu titullardan və fəxri adlardan öz məqsədləri üçün istifadə etdi, varidat topladı, tanındı və indi də əldə etdiyi imkanlardan bizə qarşı istifadə edir.
Rüstəm İbrahimbəyovu şəxsi incikliyi satqınlığa və xəyanətə sürüklədi. Adamın çoxsaylı mülklərindən və torpaq sahələrindən biri qanunla əlindən alındıqda rəsmən müxalifətə keçdi. Hakimiyyətə müxalif olanlarla işimiz yoxdur, ancaq dövlətə və millətə müxalifliyin bir adı var: Yenə də satqınlıq və xəyanət. Mənim mübarizəm məhz belələri ilədir. Elə getdiyim xarici ölkələrdə də soydaşlarım arasında bir-iki satqına rast gəldikdə onlara nifrətimi açıq ifadə edirəm. Belələri ilə mübarizəm bundan sonra da davam edəcək. Rüstəm İbrahimbəyov xaricdəki məşhur söyüşçül qrupdan daha təhlükəlidir. Çünki həmin söyüşçül qrup sosial şəbəklərlə dövlətini, millətini və prezidentini təhqir edərkən onları özləri kimiləri izləyir, sığınacaq tapdığı ölkələrdə kimsəyə lazım deyillərr. Bu qrupdan fərqli olaraq Rüstəm İbrahimbəyov tanınmış ssenaristdir, kino sənətində filmləri izlənir. Belə birisinin dövlətə və millətə satqınlığı bizə daha böyük zərbədir".

Millət vəkili bildirib ki, 2015-ci ildə çəkilən filmin 3 il ərzində nümayiş etdirilməsi bir başqa mövzudur: " Azərbaycanın mədəniyyət və kino sahəsinə cavabdeh olan dövlət qurumları hara baxıblar, nədən bu iyrənc filmə qarşı ilk gündən etirazlarını bildirməyiblər? Heç olmazsa bu iyrənc filmə cavab olaraq siz də xalqımız haqqında olanı göstərən keyfiyyətli film ərsəyə gətirin, yuxarıdan tapşırıq gözləməyin. Rüstəm İbrahimbəyov məhz sizin də zəifliyinizdən istifadə edərək dövlətimizə və millətimizə zərbə endirir. Sizin maliyyələşdirəcəyiniz və yeksək peşəkarlıqla hazırlayacağınız film təxribabatçıya və xəyanətkara layiqli cavab olar! Yetər ki, hərəkət edin!"

Radikal müxalifət barədə də fikirlərini qələmə alan A.Əliyevə görə, həmin müxalifət çox çək-çevirdən sonra 2013-cü il prezident seçkisində Rüstəm İbrahimbəyovu pəh-pəhlə prezidentiyə namizədliyini irəli sürüb: "Elə o zaman yazdım və bildirdim ki, başqa ölkənin vətəndaşını necə prezidentliyə namizəd göstərirsiniz? Bəs harda qaldı sizin dövlətə və millətə bağlılığınız, necə oldu ki, işğalçıya dəstək verən dövlətin vətəndaşını dəstəklədiniz? Elə dəstək verdikləri şəxs də onlara arxasını çevirdi, qorxusundan vətənə qayıtmadı və bununla radikal müxalifəti pis vəziyyətdə qoydu. İndi isə həmin müxalifətdən “tık” səs də çıxmır. Nə deyəcəklərini bilmirlər, susmaq razılıq əlamətidir, demək siz susduqca İbrahimbəyovun xəyanətinə şərik olduğunuzu nümayiş etdirirsiniz! Bunun başqa adı yoxdur. İbrahimbəyov hətta qorxusundan qardaşının yas mərasiminə də gəlmədi, o vətəni və milləti ilə bütün ipləri qoparmış vəziyyətdədir. O xəyanət yolu seçibsə, biz niyə onunla ipləri qoparmamalıyıq. Düşmənimiz hiyləgərdir. Ona görə də xəyanətkarlara və satqınlara aramızda yer olmamalıdır".

скачать dle 12.1

Şərhlər