SON DƏQİQƏ

Gömrük Komitəsində YENİ TƏYİNATLAR

Tarix:

15-05-2018, 18:06

/ 10 684 dəfə oxundu.
Gömrük Komitəsində YENİ TƏYİNATLAR

Dövlət Gömrük Komitəsi (DGK) sədrinin müvafiq əmrinə əsasən, Hava Nəqliyyatında Baş Gömrük İdarəsi rəisinin I müavini vəzifəsində çalışmış Bəhruz Quliyev həmin idarənin rəisi vəzifəsinə təyin olunub.

Gunaz.az xəbər verir ki, DGK-dan verilən xəbərə görə, Komitə sədrinin digər əmrinə əsasən isə Biləsuvar Gömrük İdarəsinin rəisi Nazim Süleymanov təşkilati - ştat tədbirlərinin həyata keçirilməsi ilə əlaqədar olaraq qanunvericiliklə müəyyən edilmiş qaydada sərəncama götürülüb, həmin idarənin rəisi vəzifəsinə Dövlət Gömrük Komitəsi Gömrük Hüquqpozmalarına qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı Musa Mirzəli təyin olunub. (apa)

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ