SON DƏQİQƏ
» » Bu axşam bəzi prospektlərdə hərəkət məhdudlaşır

Bu axşam bəzi prospektlərdə hərəkət məhdudlaşır

Tarix:

14-05-2018, 16:41

/ 10 243 dəfə oxundu.
Bu axşam bəzi prospektlərdə hərəkət məhdudlaşır

Bu gün axşam saat 22:00-dan etibarən paytaxtın bir sıra prospektlərində hərəkət tam və ya qismən məhdudlaşdırılacaq.

Gunaz.az xəbər verir ki, “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyi və Bakı Nəqliyyat Agenytliyinin yaydığı birgə məlumatda məhdudiyyətin Bakı şəhərində avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə, Xətai prospekti, Xətai prospektinin Heydər Əliyev prospektinə çıxan körpü və ətrafında, həmçinin Heydər Əliyev prospektindən Babək prospektinə çıxan körpü və ətrafında üfüqi nişanlanma xətlərinin rənglənməsi ilə əlaqədar olduğu bildirilir.

“ Tam məhdudlaşdırma həmin hissələrində olan körpü üzərlərində tətbiq olunacaq və hərəkət yan yollara istiqamətləndirilərək təmin ediləcək. Digər hissələrində isə məhdudlaşdırma qismən tətbiq olunacaq. Məhdudlaşma səhər saatlarınadək qüvvədə olacaq. Sürücülərdən sözügedən ərazidə hərəkətdə olarkən diqqətli olmaları və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur”.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ