SON DƏQİQƏ
» » Bakının daha bir yolunda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Bakının daha bir yolunda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Tarix:

30-04-2018, 12:07

/ 10 279 dəfə oxundu.
Bakının daha bir yolunda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Bakı şəhərində avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə, Xətai rayonu Yusif Səfərov küçəsində üfüqi nişanlanma xətlərinin rənglənməsi ilə əlaqədar olaraq 30 aprel 2018-ci il tarixində adı çəkilən ünvanlarda axşam saat 22:00-dan etibarən hərəkət tam və ya qismən məhdudlaşdırılacaq.
Bu barədə Gunaz.az -a "Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən məlumat verilib.
"Alternativ olaraq sürücülər Xocalı prospekti və Nəcəfqulu Rəfiyev küçələrindən istifadə edə bilərlər. Məhdudlaşma səhər saatlarınadək qüvvədə olacaq", - deyə məlumatda vurğulanıb.
скачать dle 12.1

Şərhlər