SON DƏQİQƏ
» » Sürücülərə xəbərdarlıq: bu yollardan istifadə etməyin

Sürücülərə xəbərdarlıq: bu yollardan istifadə etməyin

Tarix:

24-04-2018, 18:59

/ 10 267 dəfə oxundu.
Sürücülərə xəbərdarlıq: bu yollardan istifadə etməyin

Bakı şəhərində avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə, Yasamal rayonu Hüseyn Cavid prospektində üfüqi nişanlanma xətlərinin rənglənməsi ilə əlaqədar olaraq 24 aprel 2018-ci il tarixində adı çəkilən ünvanlarda axşam saat 22:00-dan etibarən hərəkət qismən məhdudlaşdırılacaq.

Bu barədə Gunaz.az-a “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən məlumat verilib. Bildirilir ki, qismən məhdudlaşma səhər saatlarınadək qüvvədə olacaq.

Sürücülərdən qeyd olunan tarixlərdə alternativ yollardan istifadə etmələrinə üstünlük vermələri tövsiyə olunur və sözügedən ünvanlarda hərəkətdə olarkən diqqətli olmaları, ərazidə yerləşdiriləcək müvəqqəti yol nişanlarının tələblərinə riayət etmələri xahiş olunur.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ