SON DƏQİQƏ
» » Bu prospektdə hərəkət məhdudlaşdırılacaq - DİQQƏT

Bu prospektdə hərəkət məhdudlaşdırılacaq - DİQQƏT

Tarix:

3-05-2018, 13:56

/ 10 400 dəfə oxundu.
Bu prospektdə hərəkət məhdudlaşdırılacaq - DİQQƏT

Paytaxtın Ziya Bünyadov prospektində nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq.

Gunaz.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA)mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məlumat verib. O bildirib ki, bu AAYDA və BNA-nin birgə məlumatıdır.

Bakı şəhərində avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə, Ziya Bünyadov prospektinin “Çermet körpüsü“dən “20 Yanvar dairəsi”nədək olan hissəsində üfüqi nişanlanma xətlərinin rənglənməsi ilə əlaqədar olaraq 3 may 2018-ci il tarixində axşam saat 22:00-dan etibarən hərəkət tam və ya qismən məhdudlaşdırılacaq. Tam məhdudlaşdırma prospektin həmin hissələrində olankörpü və tunellərdə tətbiq olunacaq. Bu zaman hərəkət yan yollara istiqamətləndirilərək təmin ediləcək. Prospektin digər hissələrində isə məhdudlaşdırma qismən tətbiq olunacaq. Prospekt ümumilikdə bağlı olmayacaq.

Rənglənmə işləri səhər saatlarınadək yekunlaşdırılacaq.

Sürücülərdən sözügedən ərazidə hərəkətdə olarkən diqqətli olmaları və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ