SON DƏQİQƏ
» » İnternetin təbiətə vurduğu zərər: bunu oxuyan ŞOKA DÜŞƏCƏK

İnternetin təbiətə vurduğu zərər: bunu oxuyan ŞOKA DÜŞƏCƏK

Tarix:

8-05-2018, 08:23

/ 10 403 dəfə oxundu.
İnternetin təbiətə vurduğu zərər: bunu oxuyan ŞOKA DÜŞƏCƏK

Tədqiqatçılar “Coanna Moll” proqramı yaradaraq “Google” və “Facebook”dan istifadənin təbiətə təsirini təhlil ediblər.

Gunaz.az xarici mediaya istinadən xəbər verir ki, tədqiqat sözügedən saytlardan istifadənin təbiətə böyük zərər vurduğunu ortaya çıxarıb.

Məsələ ondadır ki, internet və məşhur serverlər istifadə edildikdə çoxlu elektrik enerjisi sərf edir. Yaradılan proqrama görə, “Google” saniyədə təxminən 47 min sorğunu emal edir. Bu, saniyədə 500 kiloqram karbon qazı deməkdir, yəni hər sorğu üçün 0,01 kiloqram.

“Google” ekoloji təhlükənin tək mənbəyi deyil, başqa məşhur saytlar da həmçinin təbiətə gözəçarpan zərər vururlar. Məsələn, 2016-cı ildə “Facebook” serverləri 718 min ton karbon qazı emal ediblər. Bu, təxminən 200 min minik avtomobilinin havaya buraxdığı karbon qazına bərabərdir.(Publika.az)

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ