SON DƏQİQƏ
» » DİN saytlarında yaranan problemin səbəbini AÇIQLADI

DİN saytlarında yaranan problemin səbəbini AÇIQLADI

Tarix:

3-05-2018, 16:14

/ 10 401 dəfə oxundu.
DİN saytlarında yaranan problemin səbəbini AÇIQLADI

Daxili İşlər Nazirliyi (DİN) “E-payment.mia.gov.az” və “E-xidmet.mia.gov.az” veb səhifələrinə daxil olmaqda yaranmış problemlə bağlı açıqlama yayıb.

Gunaz.az xəbər verir ki, nazirlikdən problemin “Google Chrome” brauzerindən qaynaqlandığını bildirilib:

“Bu, DİN-in göstərdiyi xidmətlərin texniki nasazlığı ilə bağlı deyil.  “Google Chrome” brauzeri 66-cı versiyadan başlayaraq “Symantec” şirkətinə məxsus və 2016-cı il iyun ayının 1-dən etibarən verilmiş təhlükəsizlik sertifikatlarını tanımayacağını bəyan edib.

​“E-payment.mia.gov.az” və “e-xidmet.mia.gov.az” veb səhifələrində istifadə olunan təhlükəsizlik sertifikatı da yuxarıda adıçəkilən şirkətə məxsusdur.

​Buna görə də, problem yalnız “Google Chrome”u ən son – 66-cı versiyasından istifadə edənlərdə yaranıb. Bununla bağlı texniki işlər davam etdirilir. Ən qısa zamanda xidmətlərin fəaliyyəti yenidən bərpa olunacaq. Digər brazuerlərdən, həmçinin mobil telefonlar vasitəsilə qeyd edilən səhifələrə daxil olmaq mümkündür”. 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ