SON DƏQİQƏ

“YouTube”a girişdə ÇƏTİNLİKLƏR YARANDI

Tarix:

23-04-2018, 15:54

/ 10 284 dəfə oxundu.
“YouTube”a girişdə ÇƏTİNLİKLƏR YARANDI

Rusiyada “YouTube” istifadəçiləri xidmətin işində problemlər yarandığını bildiriblər.

 

Problemlər aprelin 23-də səhər saatlarında başlayıb.

 

Moskva, Sankt-Peterburq, Yekaterinburq, Çelyabinsk, Volqoqrad, Kazan, İjevsk, Kaluqa və digər şəhərlərdən olan istifadəçilər sayta girişdə çətinliklər yaranmasından şikayətləniblər. Hələ ki başqa ölkələrdə belə bir problem müşahidə edilmir. Rusiyalılar əsasən “Chrome” və “Opera” brauzerlərindən saytın yüklənmədiyini deyirlər.

 

Problemin “Telegram”ın istifadə etdiyi IP ünvanlarının “Roskomnadzor” tərəfindən bloklanması ilə bağlı ola biləcəyi güman edilir. Aprelin 22-də bu idarə “Google”un bir sıra IP ünvanlarını qadağan olunan saytlar reyestrinə daxil etdiyini açıqlayıb. Çünki “Telegram” məhz bu IP ünvanları sayəsində bloklanmanı qırır. Xatırladaq ki, “YouTube” xidməti də “Google”a məxsusdur. 

 

 

Gunaz.az 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ