SON DƏQİQƏ
» » Sabiq dövlət müşavirindən Abbas Abbasovla bağlı şok açıqlamalar

Sabiq dövlət müşavirindən Abbas Abbasovla bağlı şok açıqlamalar

Tarix:

29-03-2018, 09:01

/ 10 332 dəfə oxundu.
Sabiq dövlət müşavirindən Abbas Abbasovla bağlı şok açıqlamalar

Qabil Hüseynli:  “Xüsusi xidmət orqanları Abbas Abbasovun ”söyüş müxalifəti" ilə əlaqələrini üzə çıxarıb"

Son aylarda Avropada fəallaşan “söyüş müxalifəti”nə Rusiyada yaşayan baş nazirin keçmiş birinci müavini Abbas Abbasovun dəstək verdiyi barədə müdhiş iddialar səslənməkdədir. Hər keçən gün bu iddialar reallığa çevrilir. Azərbaycan hökumətinin bununla bağlı hərəkətə keçdiyi və sabiq vitse-primyerin söyüşcül mühacirlərlə əlaqələri barədə bir sıra faktlar əldə etdiyi bildirilir.

Əslində A.Abbasovun bu məkrli fəaliyyətində təəccüblü heç nə yoxdur. Çünki vəzifəsindən getdiyi son 12 ildə bu şəxs daim ölkə iqtidarına qarşı fəaliyyət göstərib, bəzi zamanlarda bu fəaliyyət çılpaqlığı ilə üzə çıxıb. 2013-cü ilin prezident seçkiləri ərəfəsində Rusiyadan Azərbaycana qarşı təzyiqləri artırmaq üçün “Milyarderlər İttifaqı” və Milli Şuranın yaradılmasında əsas rolu A.Abbasov oynamış və müəyyən çirkin nəticələr də qazanmışdı. Görünən odur ki, son beş ildə bütün niyyətləri puç olan, Kremlin də maraq dairəsindən çıxan baş nazirin sabiq müavini son ümidlərini “söyüş müxalifəti”nə bağlayıb. A.Abbasovun hələ də keçmiş komandası daxilində bəzi şəxslərlə əlaqələrinin qaldığı və “söyüş müxalifəti”nin təmsilçilərinin çıxışlarında açıqladıqları həqiqətə yaxın bəzi faktların sabiq məmur tərəfindən onlara ötürüldüyü iddia edilir.

Sabiq dövlət müşaviri Qabil Hüseynli  “Yeni Müsavat”a açıqlamasında A.Abbasov barəsində bir sıra ilginc faktlar açıqladı: “O, həmişə hərəkətdədir. Azərbaycan dövlətçiliyinə qarşı hər zaman fəaliyyət göstərib, özünün xəstə ambisiyalarını həyata keçirməyə çalışıb. Artıq bu qədər də olmaz. O, Azərbaycanda yüksək dövlət vəzifəsi tutub. Böyük vəzifələrə insanları təyin edərkən onların dilindən dövlət sirrini yaymamaq, dövlətçiliyə qarşı hərəkətlər etməmək barədə yazılı kağız alınır. Yəqin ki, Abbas Abbasov da belə bir öhdəliyi üzərinə götürüb. Bu tipli şəxsləri ölkədən kənara buraxmağın özü Azərbaycan hökumətinin yol verdiyi ciddi qüsurlardan biridir. Belə şəxslər ən azı 10 ilə yaxın ölkədə qalmalı, bir növ sınaqdan çıxmalıdırlar. Amma təəssüf ki, Abbas Abbasov  Rusiyaya getdi, əvvəl orada biznesini qurdu, ardınca da Azərbaycan əleyhinə fəaliyyətə başladı.

O, ölkəmizdəki iqtidara olan ambisiyasını gizlətmir, bunu açıq şəkildə büruzə verir. Çox zaman oradakı diaspora ilə işləyir, onun gücündən istifadə edir. Bundan əlavə, köhnə əlaqələrindən, eləcə də, Rusiyadakı əlaqələrindən də yararlanmağa çalışır. Onu ən çox ürəkləndirən amillərdən biri də Rusiyanın siyasi elitası ilə olan əlaqələridir. Zənnimcə, Azərbaycan ən azından prezident seçkisindən sonra Abbas Abbasovun ölkəyə gətirilməsi ilə bağlı məsələlərə baxmalıdır. Uzun müddətdir ki, bu şəxs Azərbaycan əleyhinə işləyir. Abbas Abbasovun Azərbaycandakı fəaliyyətində kifayət qədər nöqsanlar tapmaq olar. Onun ucbatından günahsız insanlar indi də   həbsxanalarda yatırlar. Ümumiyyətlə, Abbas Abbasovun həm Rusiyada olduğu zamanlarda göstərdiyi fəaliyyətinə, həm də Azərbaycanda vəzifədə olduğu zamanlardakı nöqsanlarına görə ən azı araşdırma aparmaq olar. Vaxtilə Heydər Əliyev çox böyük fəaliyyət göstərərək, Rusiyada gizlənmiş adamların çoxunu ölkəyə gətirdi, onların qanun qarşısında cavab vermələrinə nail oldu. Belə hərəkətləri hazırda aranı qarışdıran şəxslərə qarşı etmək lazımdır. Zənnimcə, həmin şəxslərin susdurulması, fəaliyyətlərinin dayandırılması bütün əndazələri aşan ”söyüş müxalifəti"nin fəaliyyətinin səngiməsinə gətirib çıxara bilər. Bildiyimə görə, Azərbaycan hakimiyyətinin xüsusi xidmət orqanları Abbas Abbasovun “söyüş müxalifəti” ilə əlaqələrini üzə çıxarıb. Bu barədə artıq müəyyən işlər aparılır. Güman edirəm ki, həmin tədqiqat işləri başa çatdıqdan sonra Abbas Abbasovu susdurmaq üçün lazımi addımlar atılacaq".Sabiq dövlət müşavirindən Abbas Abbasovla bağlı şok açıqlamalar

Q.Hüseynli A.Abbasovun Azərbaycan üçün təhlükəli olmadığını düşünür: “Onun işi ancaq su bulandırmaqdır. Azərbaycan üçün onun nə təhlükəsi olacaq ki? Sadəcə, Azərbaycan dövlətinin imicinə zərbə vurmağa çalışır. Bunun üçün o, ən müxtəlif dairələrlə indiyə qədər əlaqədə olub. Onun Azərbaycanda qarışıqlıq törətmək potensialında olduğu qənaətində deyiləm. Əksinə, Azərbaycan dövlətinin onu susdurmaq üçün əlində kifayət qədər imkanlar var. Bu imkanlardan hökumət istifadə etsə, Abbas Abbasovun səsi birdəfəlik batar. Onun hakimiyyətin bəzi dairələri ilə əlaqələrinin qaldığını zənn etmirəm. Çünki o, elə də nüfuzlu bir şəxs deyildi. Vəzifədə olduğu zamanlarda nüfuzu olduqca aşağı idi. Bu baxımdan hökumətin daxilində əlaqələrinin qaldığını düşünmürəm. O, vəzifədən gedəndən sonra  Azərbaycanda kadrların 90%-i dəyişib, Nazirlər Kabinetində də ciddi dəyişikliklər olub. Abbas Abbasovun ola bilər ki, cüzi sayda məmurlarla salamı qala bilər. Bu da ”salam-sağ ol"dan uzağa gedə bilməz. Onun hazırda Azərbaycana təsir edə bilmə imkanları yalnız həmin “söyüş müxalifəti” ilə bağlıdır ki, bundan da istifadə edir".

Sabiq dövlət müşaviri Azərbaycan tərəfin A.Abbasovu Rusiyadan ölkəyə gətirmə imkanlarından da söz açdı: “Rusiya Abbas Abbasovu niyə də Azərbaycana verməsin? Əgər onun haqqında cinayət işi qaldırılsa, əməlləri sübuta yetirilsə, bunun vasitəsilə onu İnterpol xətti ilə Azərbaycana gətirmək mümkündür. Təki Azərbaycan hökumətinin istəyi olsun, bu istiqamətdə də fəaliyyət aparsın. Onun fəaliyyəti ilə bağlı qanunla ciddi cavab tədbirləri görməyə çox ehtiyac var”.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ