SON DƏQİQƏ

Mahmud Abbas Fransada ABŞ-a meydan oxudu

Tarix:

22-12-2017, 20:49

/ 1 002 dəfə oxundu.
Mahmud Abbas Fransada ABŞ-a meydan oxudu

ABŞ prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı olaraq tanıma qәrarı  BMT tәrәfindәn rәdd edildikdәn sonra Fәlәstin prezidenti Mahmud Abbas Parisә sәfәr edib.
Gunaz.az xəbər verir ki, M.Abbas Fransa prezidenti Emmanuel Makronla görüşüb.
İki lider keçirdiklәri görüşdәn sonra birgә mәtbuat konfransı tәşkil ediblәr.
Mәtbuat konfransında çıxış edәn Fələstin prezidenti deyib ki, ABŞ sülh prosesində dürüst olmayan bir vasitəçi olduğunu sübut etdi:
“Biz də artıq ABŞ-in heç bir planını qəbul etməyəcəyik”.
E.Makron isә öz növbәsindә iki dövlətli həllin alternativi olmadığını və tərəflər arasında razılıq əldə edilmədən Qüds probleminin həll edilməyəcəyii bildirib.(Qafqazinfo)
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ