SON DƏQİQƏ
» » İlham Əliyev və xanımı xəstəxananın açılışında

İlham Əliyev və xanımı xəstəxananın açılışında

Tarix:

27-03-2018, 11:35

/ 10 483 dəfə oxundu.
İlham Əliyev və xanımı xəstəxananın açılışında

Bu gün Bakının Nizami rayonu ərazisində Bona Dea Beynəlxalq Hospitalının açılışı olub.

Gunaz.az məlumat verir ki, Azərbaycan prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər.

Azərbaycan Prezidenti hospitalın rəmzi açılışını bildirən lenti kəsib. Bona Dea Beynəlxalq Hospitalının baş icraçı direktoru Faiq Əliyev və baş həkim Musa Abbasov dövlət başçısına və birinci xanıma tibb müəssisəsi barədə məlumat verdilər. Bildirilib ki, hospital tibbi avadanlığına və texniki təchizatına görə dünyada bu sahədə ən müasir standartlara cavab verən az sayda müalicə ocaqlarından biridir.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva hospitalda yaradılan şəraitlə tanış olublar.

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ