SON DƏQİQƏ
» » AXC-nin 100 illiyi ilə bağlı Qazaxıstanda tədbirlər davam edəcək

AXC-nin 100 illiyi ilə bağlı Qazaxıstanda tədbirlər davam edəcək

Tarix:

15-03-2018, 20:42

/ 10 420 dəfə oxundu.
AXC-nin 100 illiyi ilə bağlı Qazaxıstanda  tədbirlər davam edəcək

 

 

Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədov Qazaxıstanın ən böyük Universitetlərindən biri olan  Əl-Fərabi adına Qazaxıstan Milli Universitetinin rektoru Qalım Mutanov arasında görüş olub.

 

Gunaz.az xəbər verir ki, görüşdə ortaq təlim proqramlarının təşkili, kadrların peşəkarlığının artırılması, o cümlədən professor-müəllim heyətinin mübadilə şəklində tədris prosesinə cəlb edilməsi məsələləriAXC-nin 100 illiyi ilə bağlı Qazaxıstanda  tədbirlər davam edəcək müzakirə edilib. Rektor Qalım Mutanov ortaq türk köklərinə malik iki qardaş xalq arasında mədəni-tarixi əlaqələrdən danışdı. Rektor “Xeyirxah cəmiyyət vətəndaşlarının formalaşması” layihəsi barədə məlumat verərək vuirğuladı ki, məqsəd gənc nəslə müsbət təsir edəcək ideologiyanın düzgün şəkildə həyata keçirilməsidir. 1934-cü ildə təsis edilən Universitet artıq Orta Asiyada ən böyük təhsil ocaqlarından sayılır. Burada 20 mindən artıq tələbə, 4000 nəfər aspirant təhsilini davam etdirir. Universitetin 16-dan çox fakültəsi, böyük elmi laboratoriyaları var. Rektor bildirdi ki, artıq universitetdə hər il siyasi, sosial və aktual elmi problemlərin müzakirə edilməsi üçün ənənəvi illik Beynəlxalq Fərabi konfransı keçirilir. Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədov isə öz növbəsində Azərbaycanla Qazaxıstan arasında qardaşlıq münasibətlərinin dinamik şəkildə inkişaf etməsi ilə bağlı fikirlərini bölüşdü. İki ölkə arasında elm və təhsil sahəsində əməkdaşlığın daha da dərinləşməsinin vacibliyini vurğuladı. Diplomat bu nüfuzlu AXC-nin 100 illiyi ilə bağlı Qazaxıstanda  tədbirlər davam edəcəkali təhsil ocağında Azərbaycan Demokratik Cümhuriyyətinin 100 illiyi ilə bağlı beynəlxalq konfransın keçirilməsini təklif etdi. Görüşdə bununla bağlı razılıq əldə olundu. Görüşdə eləcə də Əl-Fərabi adına Qazaxıstan Milli Universitetinin bazasında Azərbaycanla bağlı elmi-təhsil mərkəzinin yaradılması ilə bağlı qərar qəbul edildi. Görüşün sonunda qarşılıqlı hədiyyələr təqdim edildi.

AXC-nin 100 illiyi ilə bağlı Qazaxıstanda  tədbirlər davam edəcək

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ