SON DƏQİQƏ
» » Nalbandyan Məmmədyarovla görüşdən danışdı

Nalbandyan Məmmədyarovla görüşdən danışdı

Tarix:

7-12-2017, 14:56

/ 934 dəfə oxundu.
Nalbandyan Məmmədyarovla görüşdən danışdı

Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan Azərbaycanın XİN başçısı Elmar Məmmədyarovla son görüşün müsbət ab-havada keçdiyini bildirib.
Gunaz.az Report-a istinadən xəbər verir ki, o, bu barədə ATƏT-ə üzv olan ölkələrin xarici işlər nazirləri Şurasının Vyanada keçirilən illik iclasında çıxış edərkən deyib.
"Elmar Məmədyarovla dünənki görüşümüz, ümumilikdə, müsbət ab-havada keçdi. İndi hadisələrin inkişaf edəcəyini gözləyirik", - diplomat vurğulayıb.
E.Nalbandyan Azərbaycan və Ermənistan prezidentlərinin Cenevrədəki görüşünü müsbət qiymətləndirərək tərəflərin ortaq fikrə gəldiklərini vurğulayıb.
Xatırladaq ki, Azərbaycan və Ermənistan XİN başçıları Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsini müzakirə etmək məqsədilə dünən Vyanada görüşüblər.
Bundan əvvəl isə E.Məmmədyarov və E.Nalbandyan ayrı-ayrılıqda Minsk qrupunun həmsədrləri ilə görüş keçiriblər.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ