SON DƏQİQƏ
» » Qazaxıstanın gənc diplomatları Astanada Azərbaycan səfirliyində olub

Qazaxıstanın gənc diplomatları Astanada Azərbaycan səfirliyində olub

Tarix:

2-03-2018, 13:00

/ 10 352 dəfə oxundu.
Qazaxıstanın gənc diplomatları Astanada Azərbaycan səfirliyində olub

Qazaxıstanın gənc diplomatları Astanada Azərbaycan səfirliyində olub.

Gunaz.az xəbər verir ki, Azərbaycanın Qazaxıstandakı səfirliyində bu ölkənin İşgüzar Şurası Təşkilatının nəzdində olan Diplomatiya Məktəbinin dinləyiciləri ilə görüş keçirilib. Əvvəlcə səfirliyin foyesində Bəşəriyyət tarixində baş verən beş ən dəhşətli soyqırımı olan Aşarşılık, Xolokost, Komboca, Xocalı, Ruanda” adlı fotosərgiyə baxış olub. Səfirlikdə keçirilən görüşdə Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədov gənc diplomatlat qarşısında məruzə ilə çıxış edib. Səfir Azərbaycan haqqında dinləyicilərə geniş məlumat verib. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında danışan diplomat bildirib ki, BMT-nin qətnamələrinə və digər nüfuzlu beynəlxalq təşkilatların qəbul etdiyi sənədlərə baxmayaraq hələ də Ermənistan təcavüzkar ordusunu işğal etdiyi Azərbaycan torpaqlarından çıxarmaq istəmir.

Rəşad Məmmədov çıxışında xüsusi olaraq vurğulayıb ki, Azərbaycan bu gün bir çox dövlətlərə böyük həcmdə sərmayələr yatırır. Özəl şirkətlərimiz dünyanın müxtəlif bölgələrində uğurla fəaliyyət göstərir. Azərbaycanın xarici ticarət dövriyyəsinin 39 faizi Avropa İttifaqı ölkələrinin payına düşür. Cənubi Qafqazda ən böyük investisiya layihələrinə sahib olan Azərbaycanın iştirakı ilə həyata keçirilən layihələr barədə dinləyicilərə geniş məlumat verildi. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars, "Şərq-Qərb", "Şimal-Cənub" nəqliyyat dəhlizlərinin mahiyyəti tələbələrə ətraflı izah edildi. 4 layihədən ibarət olan "Cənub qaz dəhlizi"ndən danışılarkən "Şahdəniz", Cənubi Qafqaz kəməri, TANAP və TAP barədə bilgilər dinləyicilərin diqqətinə çatdırılıb. Azərbaycan regionda xarici ölkələrin iqtisadiyyatına yatırılan investisiyaların həcminə görə bu gün MDB-də aparıcı dövlətlərdən birinə çevrilib. Ölkəmizdə multikultural dəyərlərin qorunduğunu önə çəkən səfir Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələrdən də bəhs edib. Sonra Azərbaycan haqqında filmə baxış olub. Dinləyicilərin sualları cavablandırılıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ