SON DƏQİQƏ

Jurnalistlərin VII Qurultayı başa çatdı

Tarix:

10-03-2018, 13:52

/ 10 367 dəfə oxundu.
Jurnalistlərin VII Qurultayı başa çatdı

Bu gün Azərbaycan Mətbuat Şurasının (MŞ) qurultayı keçirilib.

Gunaz.az xəbər verir ki, qurultayda Mətbuat Şurasına üzv 166 təşkilatdan 240-dək nümayəndə iştirak edib.

Qurultayda Azərbaycan Mətbuat Şurası sədrinin və Nəzarət-Təftiş Komissiyasının hesabatları dinlənilib, hesabat ətrafında müzakirə aparılıb, Şuranın İdarə Heyətinin yeni tərkibi seçilib.

 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Mətbuat Şurasının (MŞ) VII qurultayına müraciət ünvanlayıb. Qurultayda Prezidentin müraciətini onun köməkçisi Əli Həsənov oxuyub.

Konfransda həmçinin MŞ İdarə Heyətinin tərkibinin genişləndirilməsi məsələsi də müzakirə olunub. Belə ki, Təşkilat Komitəsi İdarə Heyətinin üzvlərinin sayının 17-dən 23-ə çatdırılması təklifini edib. Bununla əlaqədar qurultay iştirakçıları Şuranın Nizamnaməsində dəyişiklik aparılıb.

Dəyişikliklə Şuranın 11 jurnalistdən, 7 ictimaiyyət nümayəndəsindən və 5 internet informasiya resursu təmsilçisindən ibarət İdarə Heyəti formalaşıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ