SON DƏQİQƏ
» » Əflatun Amaşov növbəti dəfə Mətbuat Şurasının sədri seçildi

Əflatun Amaşov növbəti dəfə Mətbuat Şurasının sədri seçildi

Tarix:

10-03-2018, 13:29

/ 10 426 dəfə oxundu.
Əflatun Amaşov növbəti dəfə Mətbuat Şurasının sədri seçildi

Mətbuat Şurasının sədri vəzifəsinə və İdarə Heyətinə yeni üzvlər seçilib.

Gunaz.az-ın  xəbərinə görə, bununla bağlı Azərbaycan jurnalistlərinin VII qurultayında seçki keçirilib.

Səsvermə nəticəsində Əflatun Amaşov yenidən Mətbuat Şurasının sədri seçilib.

Şuranın 11 jurnalistdən, 7 ictimaiyyət nümayəndəsindən və 5 internet informasiya resursu təmsilçisindən ibarət İdarə Heyəti formalaşıb.

Qeyd edək ki, Azərbaycan jurnalistlərinin VII qurultayında Mətbuat Şurasının Nizamnaməsində dəyişiklik edilib. Nizamnamə dəyişikliyi ilə İdarə Heyətinin tərkibi genişlənib, İdarə Heyətinin üzvlərinin sayı 17-dən 23-ə çatıb.

скачать dle 12.1

Şərhlər