SON DƏQİQƏ
» » Azərbaycan jurnalistlərinin VII qurultayının vaxtı AÇIQLANDI

Azərbaycan jurnalistlərinin VII qurultayının vaxtı AÇIQLANDI

Tarix:

5-02-2018, 13:47

/ 1 100 dəfə oxundu.
Azərbaycan jurnalistlərinin VII qurultayının vaxtı AÇIQLANDI

Azərbaycan jurnalistlərinin VII qurultayı keçiriləcək.

Mətbuat Şurasından verilən məlumata görə, Şuranın İdarə Heyətinin iclasında qurumun sədri Əflatun Amaşov bildirib ki, Şuranın Nizamnamə tələblərinə uyğun olaraq qurumun İdarə Heyətinin üzvləri qurultay üzrə Təşkilat Komitəsinin tərkibinə daxil edilirlər. İclasda qurultaya hazırlıq üzrə Təşkilat Komitəsi yaradılıb.

Müzakirələrdən sonra ölkə jurnalistlərinin VII qurultayının mart ayının 10-da keçirilməsi barədə qərar qəbul edilib. Qərara əsasən Şuraya üzv gündəlik qəzetlər və informasiya agentlikləri qurultayda 2, həftəlik və aylıq qəzetlər, bölgə nəşrləri, jurnallar, jurnalist təşkilatları və internet informasiya saytları isə 1 nümayəndə ilə iştirak edəcəklər.

Məlum olduğu kimi, Şuraya üzv təşkilatlar üzərindəki əsas məsuliyyət quruma üzvlük haqlarının ödənilməsidir. İclasda qəbul olunan qərara görə, üzvlük haqlarını ödəməyən üzv təşkilatların qurultayda iştirakına yol verilməyəcək.

скачать dle 12.1

Şərhlər