SON DƏQİQƏ
» » Türkiyə parlamenti komandasına əslən azərbaycanlı deputat rəhbərlik edəcək

Türkiyə parlamenti komandasına əslən azərbaycanlı deputat rəhbərlik edəcək

Tarix:

9-03-2018, 08:07

/ 10 454 dəfə oxundu.
Türkiyə parlamenti komandasına əslən azərbaycanlı deputat rəhbərlik edəcək

Martin 9-11-də Bakıda Azərbaycan parlamentinin yaranmasının 100 illiyi münasibəti ilə beş ölkənin parlamentlərinin futbol komandalarının iştirakı ilə beynəlxalq futbol turniri keciriləcəkdir.

ONN media xəbər verir ki, turnir Azərbaycan Milli Məclisinin gənclər və idman komitəsinin təşəbbüsü və Milli Məclis rəhbərliyinin dəstəyi ilə kecirilir.

Türkiyədən olan nümayəndə heyətinə Türkiyə milli müdafiə nazirinin müavini, Türkiyə Böyük Millət Məclisinin Elagiz bölgəsindən olan millət vəkili Şuay Alpay rəhbərlik edir.

Bu barədə millət vəkili Aydın Mirzəzadə sosial şəbəkə hesabında yazıb:

“Şuay bəyi Qətərdə kecirilən bir beynəlxalq tədbirdən tanıyıram. Onun babası azərbaycanlıdır, əslən Gəncəbasar bölgəsindən, indi Mingəçevir su anbarının altında qalan Samux rayonundandır.

Babası qaçaq Məmmədqasım Azərbaycanda sovet hakimiyyətinin qurulması ilə barışmamış, başına qaçaq dəstəsi yığaraq bolşeviklərə qarşı uzun müddət vuruşmuşdur. Ötən əsrin 30-cu illərində repressiya gücləndiyindən Qaçaq Məmmədqasım Türkiyəyə getməyə məcbur olmuş və orada ailə qurmuşdur. Şuay bəylə beynəlxalq tədbirlərdə görüşərkən o, ailələrində artıq bir əsrə yaxındır ki, bu tarixçənin qürurla danışıldığını bildirir.

Şuay Alpay Azərbaycana olan məhəbbətini daim bildirir və babasının vətəninə həmişə sevinclə təşrif buyurur. Çünki, babası samuxlu Məmmədqasım yüz il əvvəl tək öz ailəsinin deyil, müstəqil Azərbaycanı, onun bayrağını və onun parlamentinin şərəfini də öz qanı ilə qorumuşdur”.

скачать dle 12.1

Şərhlər