SON DƏQİQƏ
» » Ərdoğanla Əliyev qatarla hara getdi? - Millət vəkili

Ərdoğanla Əliyev qatarla hara getdi? - Millət vəkili

Tarix:

30-10-2017, 16:57

/ 2 066 dəfə oxundu.
Ərdoğanla Əliyev qatarla hara getdi? - Millət vəkili

Bu gün Bakı-Tiflis-Qars (BTQ) dəmir yolu xəttinin açılış ilə regionun tarixinə qızıl səhifə yazılır.

Gunaz.az xəbər verir ki, bu haqda millət vəkili Aydın Mirzəzadə qeyd edib. Millət vəkili vurğulayıb ki Azərbaycan rəhbərləri və ali qonaqlar ilk BTQ qatarına minib və Ələt stansiyasına gediblər:

“Azərbaycan layihənin Gürcüstan ərazisindən keçən hissəsinin də tikintisini maliyyələşdirilməsini öz üzərinə götürüb. Bu məqsədlə qonşu ölkəyə illik 1 faizlə, 25 illik müddətə 220 milyon dollar kredit verilib. BTQ dəmir yolu xəttinin ümumi uzunluğu təxminən 840 km-dir. Bunun 500 km-i Azərbaycan, 260 km-i Gürcüstan, 80 km-i isə Türkiyə ərazisindən keçir. Dəmir yolu xəttinin Gürcüstan-Türkiyə sərhəddindəki hissəsində uzunluğu 5 km-ə yaxın olan tunel tikilib. Marşrutla ilk illərdə 5-7 milyon ton yük daşınacağı, tədricən bu rəqəmin 50 milyon tona çatdırılacağı proqnozlaşdırılır.

Azərbaycanın tranzitdən ildə 50 milyon dollar gəlir əldə edəcəyi bildirilir. Sərnişin daşımalarına gəlincə, ilk illərdə dəmir yolu xəttində ildə 1 milyon insan yararlanacaq.

Ən mühüm göstəricilərdən biri isə odur ki, Azərbaycan BTQ marşrutu üzrə hərəkət edəcək sərnişin qatarları üçün İsveçrənin “Stadler” şirkətinə 30 ədəd yataq tipli vaqon sifariş edib. Vaqonlar “standart”, “komfort”, “biznes” və “restoran” olmaqla dörd kateqoriyada istehsal olunur. Bu, Azərbaycan dövlətinin böyük tarixi uğurudur”.

скачать dle 12.1

Şərhlər