"Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttinin açılışı Avrasiya boyunca ticarət əlaqələrinin qurulması baxmından önəmlidir".
Gunaz.az xəbər verir ki, bu ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta jurnalistlərə açıqlamasında deyib.
Səfir bildirib ki, dəmir yolu xəttinin İpək Yolu üçün böyük önəmə sahibdir. “Uzun müddətdir ki, İpək Yolunun əhəmiyyəti barədə danışırdıq və fikrimcə Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin bugünkü açılışı bu istiqamətdə atılan növbəti bir addımdır”.
Qeyd edək ki, bu gün Azərbaycan paytaxtında Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin rəsmi açılış mərasimi keçiriləcək.