SON DƏQİQƏ
» » İş həyatına bir addım öndə başlamaq üçün 4 məsləhət

İş həyatına bir addım öndə başlamaq üçün 4 məsləhət

Tarix:

21-02-2018, 14:46

/ 1 080 dəfə oxundu.
İş həyatına bir addım öndə başlamaq üçün 4 məsləhət

Texnoloji və yeni istehsal prosesləri günümüzün iş qrafikini kökündən dəyişdirir.

Mütəxəssislər yeni sistemdə yaxşı karyera qurmaq üçün bakalavr dərəcəsinin yetərli olmadığını vurğulayıblar.

Məhz yeni sistemdə peşəkar həyata bir addım öndə başlamaq üçün 4 qızıl qaydanı təqdim edirik:

Düzgün ünsiyyət

Biznes danışıqlarına çağrılan onlarca namizəd arasından irəli çıxanlar daim doğru ünsiyyət qurmağı bacaranlardır. Tək etməniz lazım olan ünsiyyətdəki səhvlərinizi dərk edib özünüzü inkişaf etdirməkdir. Açar söz: Empatidir. Dediklərinizin təsir buraxması üçün bədən dili və səs tonundan yaxşı istifadə edin.

 Networking

Artıq hər kəs “network”ün əhəmiyyətini bilir. Amma necə inkişaf etdirəcəyi haqqında heç bir fikri yoxdur. Biznes əlaqələri qurmağı hələ universitetdə öyrənməli və cəhd etməlisiniz. Bu, sizi peşəkar həyatda önə çıxaracaq.

Zaman idarəetməsi

Vaxtdan düzgün istifadə edilməsi sizi stressdən və ümidsizlikdən qurtarar, uğurlu iş həyatının qapılarını açar. Prioritetlərinizi müəyyən edin, plan qurun, qeydlər alın və “xeyr” deməsini bilin. Vaxtdan düzgün istifadə etməklə təyin etdiyiniz hədəflərə çatacaq və karyeranızı inkişaf etdirəcəksiniz.

Sahibkarlıq

Beyninizdəki layihələri həyata keçirmək cürətini göstərin, risk etməkdən çəkinməyin. Yerinizdə saymamaq üçün yeniliklərə açıq olun. Proqnoz sahibi olmağı, lazım gəldikdə sıfırdan başlamağı və məsuliyyət almağı öyrənin.

скачать dle 12.1

Şərhlər