SON DƏQİQƏ

Benzin və dizellə bağlı açıqlama verilib

Tarix:

16-02-2018, 14:37

/ 813 dəfə oxundu.
Benzin və dizellə bağlı açıqlama verilib

Azərbaycanda benzin və dizel istehsalı artıb.

Gunaz.az xəbər verir ki,bu ilin yanvar ayında Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 216,8 mln. manat olmaqla əvvəlki ilin yanvar ayı ilə müqayisədə 1,2% azalıb.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, neft məhsullarından ağ neftin istehsalı 11,7%, yanacaq mazutunun istehsalı 30,1% azalıb.

Avtomobil benzininin istehsalı 0,5% artaraq 109,1 min ton, dizel yanacağının istehsalı 2,4% artaraq 167,8 min ton təşkil edib.

Bu ilin yanvar ayında sürtkü yağlarının istehsalı 21,4% artaraq 1,7 min ton, neft bitumunun və neft koksunun istehsalı müvafiq olaraq 2,4 dəfə və 62,3% artıb. Nəticədə ötən ay neft bitumunun istehsalı 25,5 min ton, neft koksunun istehsal həcmi isə 21,1 min ton olub.

скачать dle 12.1

Şərhlər