SON DƏQİQƏ

Ölkədə nə qədər qoyun var? - Statistika

Tarix:

19-10-2017, 20:50

/ 1 888 dəfə oxundu.
Ölkədə nə qədər qoyun var? - Statistika

2017-ci il oktyabrın 1-i vəziyyətinə Azərbaycanda 2 milyon 702,6 min baş iribuynuzlu mal-qara, o cümlədən 1 milyon 298,7 min baş inək və camış, 8 milyon 667,3 min baş qoyun və keçi mövcud olub.

Gunaz.az-ın məlumatına görə, 2016-cı il oktyabrın 1-nə nisbətən iribuynuzlu mal-qaranın sayı 18,2 min baş (0,7 faiz), o cümlədən inək və camışların sayı 5,1 min baş (0,4 faiz), qoyun və keçilərin sayı 73,4 min baş (0,8 faiz) azalıb.

Keçən ilin müvafiq dövrü ilə müqayisədə bu ilin yanvar-sentyabr aylarında diri çəkidə ət istehsalı 3,4 faiz artaraq 353,1 min ton, süd istehsalı 1,2 faiz artaraq 1 milyon 523,3 min ton, yumurta istehsalı 7,3 faiz artaraq 1 milyard 303,2 milyon ədəd, yun istehsalı isə 4,4 faiz azalaraq 15,7 min ton olub. İribuynuzlu mal-qaranın 48,1 faizini inək və camışlar təşkil edir.

2016-cı ilin yanvar-sentyabr ayları ilə müqayisədə ümumi kənd təsərrüfatı məhsulları 2,8 faiz, o cümlədən heyvandarlıq məhsullarının istehsalı 3,0 faiz, bitkiçilik məhsullarının istehsalı isə 2,6 faiz artıb.

Bu ilin yanvar-sentyabr aylarında quşçuluq fabriklərində diri çəkidə 57,4 min ton (keçən il 49,6 min ton) quş əti istehsal olunub. Ümumilikdə fabriklər üzrə cəmi quşların sayı 12 milyon 567,8 min baş olub.

/Trend/

скачать dle 12.1

Şərhlər