SON DƏQİQƏ
» » Dünya Azərbaycanın uğurlarını qiymətləndirir - Deputat

Dünya Azərbaycanın uğurlarını qiymətləndirir - Deputat

Tarix:

2-02-2018, 21:15

/ 1 112 dəfə oxundu.
Dünya Azərbaycanın uğurlarını qiymətləndirir - Deputat

Azərbaycanın müstəqil daxili və xarici siyasəti iqtisadiyyatının möhkəmlənməsinə, ölkənin makroiqtisadi və mikroiqtisadi problemlərinin həllinə, beynəlxalq aləmdə nüfuzunun artmasına gətirib çıxardı.

Gunaz.az xəbər verir ki, Bu barədə Şərq.az-a Azərbaycanın beynəlxalq reytinqinin yüksəlməsindən danışarkən millət vəkil Aydın Mirzəzadə bildirib.

O qeyd edib ki, dövlətimiz tək regionun deyil, dünyanın nüfuzlu ölkələrindən birinə çevrilməkdir:

"Azərbaycanın bir-birinin ardınca regionun iqtisadi mənzərəsini dəyişən təşəbbüslərlə çıxış etməsi, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin inşa edilməsi və s. kimi nəhəng layihələr öz nəticəsini verməkdədir. Azərbaycanın təcrübəsi dünya tərəfindən maraqla öyrənilir. Azərbaycandan çox təbii ehtiyatları olan, uğurlu geosiyasi vəziyyəti ilə seçilən ölkələr var. Bununla belə ciddi problemlər içərisində qalırlar. Beynəlxalq ictimaiyyət Azərbaycanın qazandığı nailiyyətləri qiymətləndirir. Əməkdaşlığın genişləndirilməsində Amerika və digər Qərb ölkələri maraqlıdır. Azərbaycanın bu gün özünə reputasiya qazandığını bir daha görürük.

Bütün bunlar göstərir ki, Azərbaycan dövlətçiliyinin Ulu Öndər Heydər Əliyev siyasi xətti həmişə özünü doğruldur. İndiki prezident Cənab İlham Əliyevin fəaliyyəti Azərbaycana və regiona uğur gətirir. Bir müddət əvvəl ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekutanın İqtisadi İnkişaf naziri ilə görüşdə söylədiyi müsbət fikirlər də göstərir ki, Azərbaycanın seçdiyi yol düzgündür”.

Qeyd edək ki, iqtisadiyyat naziri Şahin Mustafayev ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta ilə görüşüb. Görüşdə Azərbaycan prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən iqtisadi islahatlar, ABŞ-la kiçik və orta sahibkarlıq sahəsində əməkdaşlıq, ABŞ şirkətlərinin sənaye parklarına investisiya qoyuluşu imkanları, ABŞ-a Azərbaycanın ixrac missiyasının təşkili və s. məsələlər barədə müzakirələr aparılıb.

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ