SON DƏQİQƏ
» » Zakir Həsənov hərbi tibb müəssisələrində - FOTOLAR

Zakir Həsənov hərbi tibb müəssisələrində - FOTOLAR

Tarix:

28-12-2017, 15:17

/ 1 597 dəfə oxundu.
Zakir Həsənov hərbi tibb müəssisələrində - FOTOLAR

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən cəbhəboyu zonada səfərdə olarkən mobil səhra hospitalın kollektivi ilə görüşən general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti dekabrın 28-də Silahlı Qüvvələrin Baş Klinik Hospitalında da  olub.
Nazirlikdən Gunaz.az-a verilən məlumata görə, müdafiə naziri hospitalda müalicə olunan hərbi qulluqçularla görüşərək onların səhhəti ilə maraqlanıb və tezliklə sağalaraq xidmət yerlərinə qayıtmalarını arzu edib.
Tibb heyəti ilə görüşən general-polkovnik Z.Həsənov onlara Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin təbriklərini çatdırıb.
Sonra hərbi qulluqçulara dövlətimizin başçısı adından bayram sovqatları təqdim olunub. 

 

 

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ