SON DƏQİQƏ
» » Azərbaycanda yaşayış minimumuARTIRILDI - 14 MANAT

Azərbaycanda yaşayış minimumuARTIRILDI - 14 MANAT

Tarix:

26-12-2017, 15:28

/ 1 076 dəfə oxundu.
Azərbaycanda yaşayış minimumuARTIRILDI - 14 MANAT

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev “2018-ci il üçün ehtiyac meyarının həddi haqqında” Qanununun tətbiqi barədə sərəncam imzalayıb.
Gunaz.az xəbər verir ki, sənəddə deyilir:
“Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 16-cı bəndini rəhbər tutaraq qərara alır:
Maddə 1. Ehtiyac meyarının həddi
Ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2018-ci il üçün ehtiyac meyarının həddi 130 manat məbləğində təsdiq edilsin.
Maddə 2. Qanunun qüvvəyə minməsi
Bu Qanun 2018-ci il yanvarın 1-dən qüvvəyə minir.
2018-ci il üçün yaşayış minimumu isə ölkə üzrə 173 manat, əmək qabiliyyətli əhali üçün 183 manat, pensiyaçılar üçün 144 manat, uşaqlar üçün 154 manat məbləğində müəyyənləşib.
Bu qanunlar 2018-ci il yanvarın 1-dən qüvvəyə minir”.
Qeyd edək ki, ötən il prezident tərəfindən ehtiyac meyarı 116 manat məbləğində təsdiq edilmişdi.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ