SON DƏQİQƏ
» » Milli Məclisdə büdcə müzakirələri bu gün də davam edəcək

Milli Məclisdə büdcə müzakirələri bu gün də davam edəcək

Tarix:

22-11-2017, 10:40

/ 962 dəfə oxundu.
Milli Məclisdə büdcə müzakirələri bu gün də davam edəcək

Dünəndən 2018-ci il üzrə Azərbaycanın dövlət və icmal büdcəsinin layihələri Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılıb.
Gunaz.az-ın məlumatına görə, büdcə müzakirələri ilə bağlı parlamentin plenar iclasları bu gün və sabah dadavam edəcək.
Müzakirlər 2018-ci il üzrə Azərbaycanın dövlət və icmal büdcəsinin layihələri hökumət nümayəndələri ilə birlikdə aparılır.
Dünənki iclasa Baş nazir Artur Rasizadə də qatılmışdı. 
 
Daha 2 gün davam edəcək iclaslarda Milli Məclisin gündəliyinə aşağıdakı 7 məsələ daxildir:
1. "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında" Azərbaycan Respublikası qanununun layihəsi barədə
2. "Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2018-ci il büdcəsi haqqında" Azərbaycan Respublikası qanununun layihəsi barədə
3. "İşsizlikdən sığorta fondunun 2018-ci il büdcəsi haqqında" Azərbaycan Respublikası qanununun layihəsi barədə
4. "Azərbaycan Respublikasında 2018-ci il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikası qanununun layihəsi barədə
5. "Azərbaycan Respublikasında 2018-ci il üçün ehtiyac meyarının həddi haqqında" Azərbaycan Respublikası qanununun layihəsi barədə
6. Azərbaycan Respublikası Milli Məclisin 2018-ci il üçün xərclər smetası haqqında
7. Azərbaycan Respublikası Hesablama Palatasının 2017-ci il üçün xərclər smetası haqqında.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ